Tebiete ekskursiya



Araşdırmaga başladıq.Öyrəndik ki,agacların qırılması,suların çirkləndirilməsi,heyvanların ovlanması,quşların ovlanması,havanın çirkləndirilməsi, zibil qaliqlarının yıgılması, ətraf mühitin çirkləndirilməsi təbiəti incidir ,onun qəlbını agrıdır,insanlardan küsdürür.
Uşaqların təbiətə ehtiyacı var
Yaşa dolduqca uşaqlığımızda açıq havada saatlarla oynadığımız günləri xatırlayırıq. Velosipedə minər, ağaclara dırmaşar, yerdə çuxurlar qazar, tapdığımız daş, qoza, çör-çöpü yığar, onlardan yeni şeylər düzəldərdik. Bağçadakı tumurcuqları, yabanı otları öyrənər, xallı kəpənəklərin ardınca qaçardıq. Bala pişik, ya da itlərə bağçada yuva qurub, evdən gətirdiyimiz yeməklərlə bəsləyərdik. Yaz günlərinin qızmar istilərində küçəmizin ağaclarını hər axşam vedrəylə suvarardıq. Qışda - qarlı günlərdə yemək tapa bilməyən quşlara çörək qırıntıları atardıq. O illərdə küçədə oynamaq və birbaşa təbiətlə qarşılıqlı əlaqədə olmaq həyatımızın ayrılmaz bir parçası olmuşdu. Axşam bizi evə çağırana qədər qayğısız, dərdsiz uşaqlığımızı yaşayar, təbiətin qoynundan ayrılmaq istəməzdik. Xoşbəxt uşaqlar idik onda !
Uşaqların təbiətə ehtiyacı var
Çox təəssüf ki, bu gün uşaqları təbiətlə belə təması hər gün məhdudlaşdırılır, uşaq və yeniyetmələr üçün bu cür məqsədlə nəzərdə tutulmuş yerlər əlçim-əlçim işbazların əlinə keçir. 3-4 uşağı bir yerə cəm edib maraqlansaq, heç birinin təbiətlə bağlı məlumatlarının olmadığının və ya zəif olduğunun şahidi olacağıq. Bu bir həqiqətdir ki, bu gün də küçədə, ya da parkda açıq havada oynaya bilməyən uşaqlar var. Amma uşaqlar üçün bir fəaliyyətdən digər fəaliyyətə yönlədən nə qədər proqramlar var. Demək olar ki, uşaqlar bundan məhrumdurlar. Səbəbi hər nə olursa - olsun, istər ailələrin və uşaqların vaxt azlığı, istər oyun sahələrinin azalması, küçələrdə nəqliyyat baxımından etibarlı yerlərin olmaması, istər anaların "açıq havada uşağım qaçar tərləyər, soyuqlayar" kimi narahatlıqları, ya da son illərdə ortaya çıxan heyvan ya da həşəratlardan keçən xəstəliklər, nəticə olaraq uşaqların artıq sərbəst bir şəkildə küçədə ya da parklarda oynamasına mane olur. Uşaqlar getdikcə küçələrindəki təbiətdən uzaqlaşırlar. Televiziya, kompüter ekranları da artıq uşaqların ən böyük oyun sahələrinə çevrilib. Son illərdə sürətlə dəyişən ailələrin həyat tərzləri də uşaqlara mənfi istiqamətdə təsir etməyə başladı. Uşaqlarda həddindən artıq çəki və xolestrol kimi sağlamlıq problemləri, tündxasiyyətlilik, diqqət əskikliyi ilə bağlı qüsurlar, zəifləyən ictimai bacarıqlar və hətta kiçik yaşlarda belə, depresiya kimi problemlər ortaya çıxdı.
Uşaqların təbiətə ehtiyacı var
Uşaqların təbiətə ehtiyacları var. Onların açıq havada azad oynamağa, qaçmağa, görməyə, toxunmağa, iyləməyə, kəşf etməyə ehtiyacları var. Zehni, ruhi və fiziki inkişafları üçün təbiətə ehtiyacları var. Öyrənmək üçün təbiətə ehtiyacları var. Təbiətdə, çöldə, açıq havada içində olduqları mühit və şərtlərə görə nə etmələri lazım olduğuna öz başlarına qərar verə bilmələri üçün, başqa sözlə özlərini hər şəraitdə qoruya bilmək üçün təbiətə ehtiyacları var. Sağlam ola bilmək üçün təbiətə ehtiyacları var. Həyata hazırlana bilmək üçün təbiətə ehtiyacları var."Açıq havada vaxt keçirməyin uşaqlara faydaları" haqqında böyük bir araşdırma aparan tibb mütəxəssisləri nizamlı olaraq açıq havada oynayan uşaqların yalnız fiziki baxımdan inkişaf etmədiklərini söyləyirlər. Eyni zamanda onların daha qüvvətli, daha yaradıcı və əməkdaşlığa daha uyğun uşaqlar olduqlarını təsdiq edirlər. Bundan başqa mütəxəssislər açıq havada, təbiətdə nizamlı olaraq vaxt keçirən uşaqların stressiz və diqqət müddətləri daha uzun uşaqlar olduğunu söyləyir.
Uşaqların təbiətə ehtiyacı var
Təbiətin də uşaqlara ehtiyacı var
Uşaqlar daha kiçik yaşdan təbiəti tanımaz, sevməzsə, gələcəkdə təbiətlə əlaqədar problemlərlə kim maraqlanacaq? Kim nəsili tükənməkdə olan heyvan və bitkilər üçün narahat olacaq? Kim qlobal istiləşməylə, ətraf və təbiətin çirklənməsi ilə maraqlanacaq? Uşaqlarla təbiət qoynunda vaxt keçirdikdə təbiətdə gəzməkdən çəkinən uşaqlar qısa bir müddət sonra təcrübə və məlumat sahibi olmağa başlayırlar. Təbiət onlar üçün heç bir yerdə yaradıla bilməyən bir təhsil mühiti olur. Təbiətin qoynunda uşaqlar təbii zəkaları ilə yanaşı, digər bütün zəka sahələrini istifadə edə bilmə imkanı tapırlar. Təbiət uşaqlara bütün duyğu orqanlarını istifadə edə biləcəkləri bənzərsiz bir mühit təqdim edir. Kəşf etmək üçün baxmağı, iyləməyi, toxunmağı və səssizcə ətrafı dinləməyi öyrənirlər.
Uşaqların təbiətə ehtiyacı var
Uşaqlar getdikləri parklarda, göl kənarında, meşədə, hətta məktəbin arxa bağçasındakı bir ovuc yaşıllıq və torpaq sahəsində belə çox fərqli, maraqlı və inanılmaz şeylər görür (böcəklər, bitki növləri, kəllə), quş səsləri, küləkdə xışıldayan yarpaqların səsini eşidir, çiçəklər və otları iyləyirlər və s.Uşaqlar təbiətlə təmasda olduqca, onlarda gördükləri və öyrəndikləri şeylər qarşısında heyranlıq duyğusu yaranır. Yaşadıqlarını kəşf etdikcə öyrənməkdən daha çox zövq alırlar. Müşahidə etdiklərini, həyəcan və heyranlıq içində, müəllim, yoldaş və ailələriylə paylaşdıqca, onlarda təbiətə dəyər vermək bacarığı formalaşır.İndi bu məlumatları yalnız televiziya, kompüter ekranlarından və kitablardan öyrənən uşaqların qəbuletmə bacarıqları kifayət qədər inkişaf etmir və ya zəif inkişaf edir. Uşaqlar eşitdiklərini yalnız görüb, duya və ya istifadə edə bildikləri mühitdə daha asan, uzun müddətli və sürətli öyrənə bilirlər.
Uşaqların təbiətə ehtiyacı var
Uşaq sağlamlığı ilə məşğul olan mütəxəssislər açıq havada işığın, immunitet sistemimiz üçün həyati əhəmiyyət daşıdığını sübut etmişdir. Açıq havada işıq, vitamin D sintezi təmin edən təsiriylə öyrənməyi və məhsuldarlığı artırır.Öyrənməkdən zövq alan, maraqla müşahidə edən, təbiət və digər bütün zəka sahələrini aktiv şəkildə istifadə edə bilən, daha sağlam, yaradıcı, ətraf və təbiətə əhəmiyyət verən nəsil yetişdirmək üçün uşaqların ətraf aləmlə - təbiətlə əlaqələri hər zaman diqqət mərkəzində olmalıdır.

Комментариев нет:

Отправить комментарий